“Karvan-Yevlax” məşqçilər korpusunu formalaşdırıb
15.07.2026 - 12:13
“Karvan-Yevlax” baş məşqçi Ramiz Məmmədovun köməkçilərinin adlarını açıqlayıb.
Apasport.az xəbər verir ki, Yevlax təmsilçisinin məşqçilər korpusuna Məqsəd Yaqubəliyev, Mehman Baxışov və Elşən Mustafayev daxil olublar.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Karvan-Yevlax” yeni mövsümə hazırlığı Ramiz Məmmədovun rəhbərliyi altında davam etdirir.
0
0