Kaxaber Tsxadadze: “Müsbət nəticə mütləq gələcək”
03.11.2025 - 22:15
Kaxaber Tsxadadze: “Müsbət nəticə mütləq gələcək”

Misli Premyer Liqasının X turunun "Sabah" - "Qəbələ" matçından (1:0) sonra qonaqların baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

“Futbolçularıma təşəkkür edirəm, yaxşı oyun göstərdik. Bəxtimiz gətirmir. Əminəm ki, qarşıdakı oyunlarda bəxtimiz gətirəcək. İlk hissədə yaxşı oynadıq. Rəqib standart vəziyyətdən qol vurdu. İkinci hissədə də xarakter göstərdik. Əlimizə düşən imkanları dəyərləndirə bilmədik. İkinci hissədə irəli gedəndə rəqibi əks-hücumlara buraxdıq. Futbolçulara bir daha təşəkkür edirəm. Nəticə mütləq gələcək. İkinci hissədəki xarakteri ilk hissədə də göstərə bilsəydik, fərqli olardı. Yaxşı oynayırıq və nəticə gələcək”.