Azərbaycan I Liqasının XVIII turunun “Zaqatala” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
“İlk öncə onu deyim ki, Zaqatala futbol şəhəridir. Hər dəfə bura gələndə mənə çox xoş olur. Zaqataladan çox sayda yaxşı, xarakterli futbolçular çıxıb. Matça gəlincə, qeyd etdiyim kimi, xarakterli futbolçuları olan komandaya qarşı oynadıq. Çətin olacağını bilirdik. Oyundan öncə də futbolçularıma rəqibin gücü, əzmkarlığı barədə məlumat vermişdim. Hesabda irəlidə olduğumuz vaxt fərqi daha da artıra bilərdik. Lakin bu, baş vermədi. Bir neçə dəqiqə ərzində 4 oyunçunu meydana buraxdıq. Bununla oyunun gedişində dəyişmək istəyirdik. Lakin nəticədə istəyimizə çata bilmədik və 1 xal qazanmaqla kifayətləndik. Buna baxmayaraq, oyunçularıma çox sağ ol deyirəm, hər biri meydanda əziyyət çəkdi”.
- Rauf Məmmədov Almaniyada beynəlxalq turnirdə çıxış edəcək
- “Sabah” 3 xalla qeyd etdi – Premyer Liqada 250-ci oyun
- Amerikalı iş adamı 4 milyard dollara klub aldı – YENİ REKORD
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə çempionatın qalibləri müəyyənləşib
- "Arsenal"ın yarımmüdafiəçisi Bundesliqada çıxış edə bilər