Misli Premyer Liqasının VII turu “Kəpəz”in mövsümdə 7-ci məğlubiyyəti ilə əlamətdar olub.
Apasport.az xəbər verir ki, Gəncə klubu “Qarabağ”la səfər görüşündən xalsız ayrılıb – 0:1.
1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə bir komanda startda 7 dəfə uduzub. “Kəpəz” belə halla ikinci dəfə üzləşən yeganə klubdur.
Qərb təmsilçisi ötən mövsümdə də ilk 7 turu xalsız bitirib. Amma həmin vaxt (2-18) top fərqi indiki ilə (2-20) müqayisədə daha yaxşı olan gəncəlilərin ən uğursuz startı cari mövsümə təsadüf edir.
“Kəpəz”dən başqa Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01, “Şəfa” 2004/05 mövsümündə belə uğursuzluq yaşayıb.
Qeyd edək ki, 1992-ci ildə çempionatda çıxışını dayandıran “Gənclik” klubuna bütün matçlarda məğlubiyyət verildiyi üçün siyahıya daxil edilməyib.
- "Mançester Siti"nin yeni transfer hədəfi
- Xabi Alonso: “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”
- "Portu"da Serjiu Konseysau dönəmi bitdi
- Premyer Liqa: Mövsümün ən yaxşı baş məşqçisi üzrə namizədlər açıqlanıb
- Avropa Liqası: “Qalatasaray” xal itirdi, “Beşiktaş” yenə məğlub oldu - YENİLƏNİB