"Kəpəz" Azərbaycan çempionatlarında 250-ci məğlubiyyətini alıb
01.09.2025 - 10:34
“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib.
Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Kəpəz” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.
Qərb təmsilçisi 685-ci oyununda “250”yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.
Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən “Turan”la səfər matçına təsadüf edib - 0:1.
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- "Sabah"ın baş məşqçisi: "Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır"
- Maqomed Kurbanov: “Milli maksimum üç xal qazanacaq” - MÜSAHİBƏ
- Lui van Qal: “Messini dünya çempionu etməli idilər və etdilər də”
- “Ferensvaroş” – “Qarabağ” oyunu ispanlara tapşırıldı
0
0