“Kəpəz” gürcü futbolçu ilə anlaşıb - RƏSMİ
10.01.2025 - 16:23
![“Kəpəz” gürcü futbolçu ilə anlaşıb - RƏSMİ](https://ww3.apasport.az/storage/news/2025/january/10/big/678111237d757678111237d7581736511779678111237d755678111237d756.jpeg)
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili ilə müqavilə imzalanıb.
26 yaşlı futbolçu ilə müqavilənin müddəti "6 ay + 1 il" müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Ardazişvilinin son klubu "Samtrediya" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynanın "Rux", Qazaxıstanın "Kaspi", "Jetısu" və Latviyanın "Liepaya" klublarında oynayıb.
0
0