"Kəpəz" Küveyt klubu ilə qarşılaşacaq
22.07.2024 - 12:57
!["Kəpəz" Küveyt klubu ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/july/22/big/669e1f9c892fe669e1f9c892ff1721638812669e1f9c892fc669e1f9c892fd.jpg)
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq. Qəbələdə keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Kəpəz" bunadək 2 yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub.
0
0