"Kəpəz" müdafiəçisi ilə yolları ayırdı
03.06.2024 - 15:15
!["Kəpəz" müdafiəçisi ilə yolları ayırdı](https://ww3.apasport.az/storage/news/2024/june/03/big/665da2f968d48665da2f968d491717412601665da2f968d46665da2f968d47.jpg)
Elçin Əlicanovun “Kəpəz”lə müqaviləsi başa çatıb və futbolçu Gəncə təmsilçisinin sıralarını tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əlicanov son üç ildə “sarı-göylər”in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə I Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də “Kəpəz” ilə Premyer Liqada oynayıb.
“Kəpəz” xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
0
0