"Kəpəz" yeni legioner transferini həyata keçirib
21.07.2024 - 22:30
!["Kəpəz" yeni legioner transferini həyata keçirib](https://ww3.apasport.az/storage/news/2024/july/21/big/669d4bda72834669d4bda728351721584602669d4bda72832669d4bda72833.jpg)
"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Apasport.az klubun mətbuat ximətinə istinadən xəbər verir ki, albaniyalı Redon Mihana Gəncə təmsilçisinə keçib.
25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.
Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov və Lassana Ndiayeni də transfer edib.
0
0