"Kəpəz" yeni transferini açıqlayıb
11.08.2026 - 16:15
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, “sarı-göylər” Rəşad Əzizlini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Rəşad Əzizli ötən mövsüm “Səbail”də çıxış edib.