“Kəpəz”də yeni müqavilə - RƏSMİ
25.05.2026 - 11:40
"Kəpəz" futbolçusu Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Portuqaliyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasını geyinib.
0
0