“Kəpəz”dən növbəti transfer
25.07.2026 - 12:12
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferi rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, komanda 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.
0
0