“Kəpəz”in futbolçusu “Ayın qolu” mükafatını ALDI
14.04.2024 - 18:21
![“Kəpəz”in futbolçusu “Ayın qolu” mükafatını ALDI](https://ww3.apasport.az/storage/news/2024/april/14/big/661be698e314a661be698e314b1713104536661be698e3148661be698e3149.jpeg)
“Ayın qolu” layihəsi çərçivəsində mart ayının qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu nominasiyada “Kəpəz”in hücumçusu Martins Junior fərqlənib.
Afrikalı forvarda “Səbail” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub. Ona mükafatları Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
0
0