"Kəpəz" futbol klubunun İdarə Heyətinə yeni sədr seçilib.
Apasport.az xəbər verir ki, bu vəzifə Namiq Qədirova tapşırılıb.
İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.
İdarə Heyətinin sədri və üzvləri klubun məşq mərkəzi, həmçinin futbol akademiyası ilə tanış olublar. Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər, həmçinin məşq prosesini izləyiblər.
Qeyd edək ki, Misli Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan "Kəpəz" hazırda turnir cədvəlində 29 xalla 9-cu pillədə qərarlaşıb.
- Hikmət Cəbrayılzadə: "Onunla danışıqdan sonra "Qarabağ"da qalmaq qərarına gəldim"
- FİFA Şahruddinin komandasına transfer qadağası qoyub
- Fernandu Santuş: "Bizim üçün əsas olan Azərbaycan bayrağına görə oynamaqdır"
- “Qarabağ” – “Nyukasl” matçının vaxtı bəlli oldu
- “Milan”ın hücumçusuna 120 milyonluq təklif