Keytanın “Qarabağ”a qoşulacağı tarix dəqiqləşdi
30.05.2023 - 18:46
![Keytanın “Qarabağ”a qoşulacağı tarix dəqiqləşdi](https://ww3.apasport.az/storage/news/2023/may/30/big/6475feda591596475feda5915a16854545546475feda591576475feda59158.webp)
“Qarabağ”ın yeni transferi Hamidu Keytanın Ağdam klubunun düşərgəsinə qoşulacaq tarix bəlli olub.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu iyunun 10-da yeni komandasına qoşulacaq.
O, Azərbaycan çempionu ilə 2+1 illik müqaviləyə qol çəkəcək. Fransalı vinger “Qarabağ”ın Bakıda keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək. Keyta paytaxtdakı toplanışdan sonra Ağdam təmsilçisi ilə Avstriyaya yollanacaq.
Qeyd edək ki, Hamidu Premyer Liqada “Zirə”nin heyətində keçirdiyi iki mövsümdə 46 oyunda 13 qol vurub.
0
0