“Kimyaçılar” Samir Abasovun ünvanına şüarlar səsləndiriblər
08.12.2024 - 18:04
Misli Premyer Liqasının XVI turu davam edir.
Apasport.az xəbər verir ki, hazırda "Neftçi" "Sumqayıt"ın qonağıdır.
Meydan sahiblərinin azarkeş qrupu "Kimyaçılar" Samir Abasovu xoş qarşılamayıb. Fanatlar onun ünvanına qeyri-etik şüarlar səsləndiriblər.
Fanklub mütəxəssisin "Neftçi"ni "Sumqayıt"a dəyişməsinə etiraz edib.
Qarşılığında isə "ağ-qaralar"ın azarkeş qrupu "Forza Neftçi" Samir Abasovu səsləyərək ona dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, matçda hesab açılmayıb.
- “Mançester Siti” qapıçısını itirə bilər
- “Mançester Siti”ni gözləyən cəzalar – liqadan uzaqlaşdırılma, xalların silinməsi...
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Kubokuna təyinat alıblar
- "Real" ilk dəfə start heyətdə ispanlarsız çıxdı və uduzdu
- Təmsilçilərimiz paralimpiadaya Fransada hazırlaşırlar
0
0