Konfrans Liqası: "Zirə"nin cavab matçının baş hakimi müəyyənləşib
16.08.2024 - 14:43
![Konfrans Liqası: "Zirə"nin cavab matçının baş hakimi müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/august/16/big/66bf2f4b1a39b66bf2f4b1a39c172380551566bf2f4b1a39966bf2f4b1a39a.jpg)
Konfrans Liqasının pley-off mərhələsinin "Zirə" – "Omoniya" matçının baş hakimi bəlli olub.
Apasport.az xəbər verir ki, cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmanı Latviya təmsilçisi idarə edəcək.
Avqustun 29-dakı görüşün baş hakimi Vitaliys Spasyonnikovs olacaq. Andreys Qluxovs VAR, Yevgeniys Keziks AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
0
0