Krakov-2023: Abışovdan 12-ci yer
22.06.2023 - 14:09
Krakov-2023 III Avropa Oyunları çərçivəsində keçirilən atletika üzrə komandalararası qitə çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, III divizionda çıxış edən Azərbaycan yığmasının daha bir üzvü mübarizə aparıb.
Kişilərin 5000 m məsafəyə qaçışında Elman Abışov çıxış edib. O, finişə 16 dəqiqə 26,70 saniyəyə çatıb. Mövsümdə ən yaxşı nəticəsini göstərən atletimiz 12-ci yeri tutub.
Qeyd edək ki, III divizionda yarışlara bu gün yekun vurulacaq.
- "Ordu" heyətini ukraynalı basketbolçu ilə gücləndirib
- Avropa çempionatında iştirak edəcək cüdoçularımız bəlli olub
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
- Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq
- Dünya çempionatında ikinci günün püşkü atıldı
0
0