Krakov-2023: Atletimiz 12-ci yeri tutdu
20.06.2023 - 15:00
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti mübarizəyə qoşulub.
Aleksey Əliəkbərov kişilərin 100 m məsafəyə qaçışında çıxış edib. O, finişə 11,23 saniyəyə çatıb.
Aleksey B qrupundakı 6 iştirakçı arasında 4-cü olub. İdmançımız yarışı 11-ci yerdə başa vurub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
- Emil Mustafayev: “Ukrayna millisindən dəvət gəlsə, imtina etməyəcəm” - MÜSAHİBƏ
- "Mançester Yunayted" "Everton"un 2 futbolçusu ilə maraqlanır
- Portuqaliya Kuboku: 2-ci liqa komandası Avropa Liqasında!
- Ramil Şeydayev: Növbəti Dayanacağı Haradır?
- U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
0
0