Krakov-2023: Atletimizdən 10-cu yer
21.06.2023 - 13:14
![Krakov-2023: Atletimizdən 10-cu yer](https://ww3.apasport.az/storage/news/2023/june/21/big/6492bf9070c856492bf9070c8616873388966492bf9070c836492bf9070c84.jpg)
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti çıxış edib.
Kişilərin lövhəatma yarışında mübarizə aparan İsmayıl Əliyev 44,83 m nəticə göstərib. O, Avropa Oyunlarını 10-cu yerdə başa vurub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
0
0