![Krakov-2023: Edi Reski uduzdu](https://ww3.apasport.az/storage/news/2023/june/29/big/649d70f2c6e51649d70f2c6e5d1688039666649d70f2c6e4f649d70f2c6e50.jpg)
Krakov-2023 III Avropa Oyunlarının badminton yarışlarında pley-off mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, kişilərin fərdi yarışlarında çıxış edən Azərbaycan təmsilçisi Edi Reski Dviçayo 1/8 final matçına çıxıb.
Badmintonçumuz finlandiyalı Kalle Koljonenlə qarşılaşıb. Edi gərgin keçən ilk setdə 18:21 hesabı ilə uduzub. O, ikinci setdən də məğlub ayrılıb – 14:21. Yekunda 0:2 hesablı yenilgi alan təmsilçimiz yarışla vidalaşıb. Bu uğursuzluğa baxmayaraq, Edi 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına 2750 reytinq xalı qazanıb.
Qeyd edək ki, bu gün qadınların fərdi yarışlarında da 1/8 final oyunları baş tutacaq. Badmintonçumuz Keyşa Fatimə Zəhra 1/4 finala yüksəlmək üçün mübarizə aparacaq.