![Krakov-2023: Lunyov mükafat qazana bilmədi - FOTO - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2023/june/30/big/649ea815bc970649ea815bc9711688119317649ea815bc96d649ea815bc96e.jpg)
Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün tapança ilə 25 m məsafədən atəş açan kişi snayperlər dəqiqliyini yoxlayır.
Azərbaycan təmsilçisi Ruslan Lunyov yarışda çıxışını başa vurub. Təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayan atıcımız 6-cı yeri tutub.
O, final mərhələsinə yüksələn 8 snayper arasında qərarlaşıb. Bu raund iki hissədən ibarət olub.
Snayperlər öncə iki “dördlük”də yarışaraq mükafatlar uğrunda mübarizə aparanları müəyyənləşdirib. Lunyov ikinci “dördlük”də 9 xal toplayaraq sonuncu olub və medal şansını itirib.
Qeyd edək ki, yarışın mükafatçıları bu gün bəlli olacaq.