Krakov-2023: Məmmədov 2-ci oldu
20.06.2023 - 12:40
![Krakov-2023: Məmmədov 2-ci oldu](https://ww3.apasport.az/storage/news/2023/june/20/big/6491660c714266491660c7142716872504446491660c714246491660c71425.jpg)
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir təmsilçisi mübarizəyə qoşulub.
Cavid Məmmədov kişilərin 400 m məsafəyə qaçışında çıxış edib. O, finişə 49,58 saniyəyə çatıb.
Cavid B qrupundakı “altılıq”da 2-ci olub. Şəxsi rekorduna imza atan atletimiz iki qrupun yekununda da 10-cu yeri tutub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
0
0