![Krakov-2023: Yığmamız estafetdə 1-ci oldu](https://ww3.apasport.az/storage/news/2023/june/21/big/6492d7692c6d56492d7692c6d616873450016492d7692c6d36492d7692c6d4.jpg)
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarında Azərbaycan yığması növbəti sınağına çıxıb.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan millimiz kişilərin 4x100 m estafet yarışında mübarizə aparıb.
Komandanın heyətində Aleksey Əliəkbərov, Əli Abdıyev, Qədir Qurbanov və Kəsgin Abbaszadə yer alıb. Məsafəni 42,63 saniyəyə qət edən millimiz B qrupunda 1-ci olub.
Yığmamız mövsümdə özünün ən yaxşı nəticəsini göstərib. Komandamız yekun sıralamada 7-ci yeri tutub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Dünən başlayan turnirdə yığmalar üç divizionda mübarizə aparır.