Krakov-2023: Yusupova finişə 5-ci çatdı
20.06.2023 - 13:22
![Krakov-2023: Yusupova finişə 5-ci çatdı](https://ww3.apasport.az/storage/news/2023/june/20/big/64917006dd7b664917006dd7b7168725299864917006dd7b464917006dd7b5.jpg)
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir təmsilçisi mübarizəyə qoşulub.
Anna Yusupova qadınların 5000 m məsafəyə qaçışında çıxış edib. O, finişə 17 dəqiqə 37,97 saniyəyə çatıb. Özünün mövsümdə ən yaxşı nəticəsinə imza atan atletimiz iki qrupun yekununda da 5-ci yeri tutub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
0
0