“Kür-Araz”a texniki məğlubiyyət verildi
26.10.2023 - 14:22
![“Kür-Araz”a texniki məğlubiyyət verildi](https://ww3.apasport.az/storage/news/2023/october/26/big/653a3df165bf3653a3df165bf41698315761653a3df165bf1653a3df165bf2.png)
Azərbaycan çempionatının II Liqasında daha bir oyunun nəticəsi ləğv olunub.
Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
23.10.2023-cü il tarixində II Liqanın VIII turunun “Dinamo” – “Kür-Araz” görüşünün nəticəsi ləğv edilib. Matçın 81-ci dəqiqəsində “Kür-Araz” klubunun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olub.
Bu üzdən “Kür-Araz” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda 400 manat cərimə edilib.
0
0