“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şahdağ-Qusar" üzərində 2:1 hesabı ilə qalibiyyətini şərh edib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının növbəti mərhələyə vəsiqə qazanması barədə bunları deyib:
"Bu, klassik kubok oyunu idi. Adətən bu matçlar gərgin keçir, bu oyun da istisna deyildi. Bəzi futbolçularımıza da oynamaq şansı verdik. Bu oyun üçün motivasiyamız çatışmırdı".
- Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov oyunçularına daha çox oyun vaxtı əldə etdikləri klublara keçməyi məsləhət görür. Buna əsaslanaraq bu gün yerli oyunçulara daha çox oyun vaxtı verdiniz?
- Azərbaycan milli komandasının baş məşqçisinin nə deməsi məni narahat etmir. Yerli oyunçulara sonradan səhvlərini təhlil etmək üçün daha çox vaxt verdik. Beləliklə, onlar çempionatda eyni səhvləri təkrarlamasınlar.
- "Beşiktaş"da hədəf: İsko
- Murad Məmmədov: "Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
- “Əl-Nəsr”də 2 ayrılıq