"Turan Tovuz" Misli Premyer Liqasının 4-cü turunda səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
- Qısa ifadə etməli olsam, uşaqlara bu canfəşanlığa, oyuna, nizam-intizama görə təşəkkür edirəm. "Qarabağ"a "Dinamo" ilə matçda uğurlar arzulayıram. İnanıram ki, onlar mərhələni keçməyi bacaracaq.
- "Neftçi" ilə oyundan sonra demişdiz ki, oyundan razı qaldım, amma nəticədən yox. Bəs bu gün necə?
- Əlbəttə razı qaldım. Nəticədən razı qalmamaq mümkün deyil. "Qarabağ" çox güclü rəqibdir, Azərbaycan futbolunun "flaqman"ı sayılır.
- Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb
- Azərbaycan taekvondoçuları dünya birinciliyinə yollandı
- İdmançılarımız Paris-2024-ün açılışında yallı rəqsi oynadılar - VİDEO
- Salah Səudiyyə Ərəbistanı klubuna keçəcək
- "Fənərbaxça" Amrabat üçün İtaliya klubuna rəsmi təklif göndərib