"Kyeza "Liverpul"dan ayrılmaq istəyir" – İtalyan ulduzun gələcəyi sual altındadır
20.06.2025 - 11:04
"Kyeza "Liverpul"dan ayrılmaq istəyir" – İtalyan ulduzun gələcəyi sual altındadır

İtaliyalı futbolçu Federiko Kyeza "Liverpul"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Apasport.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu son mövsümdə oynadığı məhdud müddətdən və komandanın taktiki planlarındakı rolundan narazıdır.

Kyezanın mövsüm ərzində start heyətdə özünə az yer tapması onun ayrılıq qərarına təsir edən əsas səbəbdir. Oyunçu daimi forma şansı əldə etdiyi bir kluba keçməyə isti baxır.

Transfer bazarında bir neçə Avropa klubu, xüsusilə İtaliya A Seriyasının nəhəngləri artıq Kyezaya maraq göstərməyə başlayıb.

"Yuventus"un da keçmiş oyunçusunu geri qaytarmaq planı olduğu bildirilir.