![Libor Holik: “Qarabağ”la oyun karyeramın ən vacib matçı idi”](https://ww3.apasport.az/storage/news/2022/august/24/big/6305ac146f56a6305ac146f56b16613161166305ac146f5676305ac146f568.jpg)
“Üç gündür “Qarabağ”la oyunda iştirak edəcəyimi bilirdim, buna hazırlaşırdım”.
Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Viktoriya” klubunun müdafiəçisi Libor Holik Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
24 yaşlı sağ cinah müdafiəçisi start heyətində çıxış etdiyi üçün qarşılaşmaya çox ciddi hazırlaşdığını söyləyib: “Qarabağ”la matçı səbirsizliklə gözləyirdim. Çünki bunlar meydanda olmaq istədiyiniz oyunlardır. Bu, karyeramın ən vacib matçı idi”.
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk oyunda 0:0 hesabı qeydə alınıb. “Viktoriya” mübarizəni Çempionlar Liqasının, “Qarabağ” isə Avropa Liqasının qrupunda davam etdirəcək.