"Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb
18.07.2024 - 16:14
!["Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlanıb](https://ww3.apasport.az/storage/news/2024/july/18/big/669902a2258e5669902a2258e61721303714669902a2258e3669902a2258e4.jpg)
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunun hakim təyinatı açıqlanıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı macarıstanlı FIFA referisi İştvan Vad idarə edəcək.
Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-d' Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşrılaşmanın start fiti sat 20:00-da səslənəcək.
- Kikboksinq və Sambo Federasiyasında sabiq vitse-prezidenti barəsində cinayət işi başlanıldı
- “Apasport” KUPONU
- Qurban Qurbanov: “Nə olursa-olsun əlimizdəki heyətlə bunlara hazır olmalıyıq“
- Ferdi Kadıoğlu Premyer Liqada ilk qolunu vurub - VİDEO
- Miloş Velebit: “Azərbaycan futbola maraq göstərən ölkə deyil”
0
0