"Liverpul" Avropa Liqasında rekorda imza atıb
15.03.2024 - 17:38
İngiltərə təmsilçisi "Liverpul" Avropa Liqasının 1\8 final mərhələsinin cavab matçı çərçivəsində Çexiya “Sparta”sı ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, “qırmızılılar” 6:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Yurgen Kloppun yetirmələri bu matçda yeni rekoda imza atıb. Belə ki ingilislər matç ərzində ümumilikdə 905 ötürmə edib.
Qeyd edək ki, belə çox sayda ötürmə 2023/2024 mövsümünün Avropa Liqası üçün turnirdə iştirak edən və orada oynamağa davam edən bütün komandalar arasında rekorddur.
- Elmar Baxşıyev “Araz-Naxçıvan”ın planlarını pozur - EKSKLÜZİV
- "Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı
- “Beşiktaş”dan üç qollu qələbə
- Həsrət Cəfərov: “III MDB Oyunları - Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir”
- Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
0
0