İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-nin favoritlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Cənubi Amerika komandaları Argentina ilə Braziliyanı digərlərindən üstün görür.
Onun fikrincə, bu komandalar ulduz futbolçuları ilə uğur qazana bilərlər: “Argentina və Braziliya dünya çempionluğuna əsas iddiaçılardır. Argentinalılar Lionel Messiyə, braziliyalılar isə Neymar, Vinisyus və komanda oyununa bel bağlayırlar. Amma Argentinanın İtaliyaya 3:0 hesabı ilə qalib gəlməsinə dəli olmayaq”.
Qeyd edək ki, dünya çempionatı noyabr-dekabr aylarında Qətərdə keçiriləcək.
- Elmar Baxşıyev: “Nə gözləyirsiz? Biz oynayaq, “Neftçi” baxsın?”
- Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
- Yıldırım Dəmirörənlə Azərbaycanda qolfun inkişafı müzakirə edildi - FOTO
- "Mançester Siti"nin HƏDƏFİ
- Rauf Əliyev: “Özümü şikəst etmək istəmədim, keyidici iynələr də artıq təsir etmirdi” - MÜSAHİBƏ