Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq
25.03.2024 - 13:13
![Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq](https://ww3.apasport.az/storage/news/2024/march/25/big/6601385ac17d36601385ac17d417113559946601385ac17d16601385ac17d2.jpg)
Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.
Apasport.az xəbər verir ki, bu barədə Lunyov "Championat" nəşrinə açıqlamasında məlumat verib.
Qeyd edək ki, bu gün keçirilməli olan Rusiya-Paraqvay yoldaşlıq oyunu “Crocus City Hall”da törədilmiş terror aktına görə ləğv edilib.
Rusiya martın 21-də Serbiyaya dörd cavabsız qolla qalib gəlib. Andrey Lunyov bu matçda meydana çıxmayıb.
0
0