“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Rusiya millisinin məşqçilər korpusu ilə əlaqələrdən bəhs edib.
Apasport.az xəbər verir ki, rusiyalı qolkiper bu barədə "Championat" nəşrinə müsahibəsində danışıb.
“Zəng olub, amma hələ milliyə dəvət yoxdur. Zəng edən Vitali Kafanov idi. O, Avropa Liqasına vəsiqə qazanmamız və oyunumuz münasibətilə təbrik etdi. Sonuncu dəfə "Bayer"dəki zədə səbəbindən milliyə gedə bilmədim. Mən təkcə milliyə getmək yox, oynamaq istəyirəm. Təbii ki, gözləyirəm. Bu, çox gözəl olardı”, - deyə Lunyov bildirib.
Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Andrey Lunyov UEFA Avropa Liqasında ən çox qurtarış edən qapıçıdır.
- Reqekampf: "O cür buraxılan 2 qol gənc oyunçular üçün problem yaratdı"
- Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ
- Messi 18 il sonra ilk dəfə ilin rəmzi komandasında yer almayıb
- ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
- Bütün 1/8 final cütləri müəyyənləşdi