Macarıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib
01.04.2024 - 16:36
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç İngiltərədən olan ədalət qoruyucularına tapşırılıb.
Macarıstandakı görüşdə Kirsti Doul baş hakim olacaq. Ona Sofi Denninqton və Rubi Sykes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emili Heaslip yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.
- Almaniya millisindən Naqelsmanna 3 illik müqavilə təklifi
- Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş
- Xavi: "Çempionlar Liqasını tərk etməyimiz təəssüf doğurur"
- Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub
- 3 yunan-Roma güləşçimiz BRICS Oyunlarında medal qazanıb
0
0