“Dinamo” və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Emreli Xorvatiyadan ayrılacaq.
Apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Zaqreb klubunda qalmayacaq.
Saytımıza verilən məlumata görə, Emreli Xorvatiya klubunda oynamadığı üçün orada qalmaq fikrində deyil. “Dinamo”dan ayrılacağı təqdirdə, Mahir Azərbaycana qayıtmayacaq.
Belə ki, o, özünə Avropada komanda tapacaq. Futbolçu mövsüm başa çatan kimi Türkiyə Super Liqasında yarışan klublarla danışıq aparacaq. Razılıq əldə olunsa, Emreli mövsümə Superliqada başlayacaq. Mahir “Dinamo”ya 2022-ci il fevralın 2-də keçmişdi. O, 2026-cı il iyunun 30-na qədər Xorvatiya nəhənginə məxsusdur.
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- Xorvatiya Albaniya matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
- Uğur Pamuk: “Milliyə Qurban Qurbanov kimi baş məşqçi lazımdır”
- Munyos: "Qarabağ" qələbəyə layiq idi”
- Pikenin sevgilisi ilə Qvardiolanın münasibətləri ortaya çıxdı