Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim"
13.04.2025 - 13:15
“Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli Almaniya II Bundesliqasının 29-cu turunun “Kayzerslautern”ə qarşı oyununda (2:1) vurduğu qolu şərh edib.
Apasport.az xəbər verir ki, instaqram səhifəsində paylaşım edən Mahir bunları yazıb:
“Haqqımda çox danışıldı. Həqiqətə uyğun olmayan məlumatlar yazıldı. Amma mən sakit qaldım və israrla öz üzərimdə çalışdım, hörmətimi itirmədim. Nə üçün mübarizə apardığımı göstərdim. Bu, üç xaldan daha vacibdir. Bu məqsəd mənə inananların hamısı üçündür: komanda yoldaşlarım, məşqçilərim və xüsusən də azarkeşlər...Növbəti oyunda görüşərik”.
- "Fənərbaxça"dan ardıcıl 18-ci qələbə, "Qalatasaray" yenə uduzdu
- Azərbaycan Dünya Kubokunu 1 medalla tamamladı - FOTO
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
- "Tottenhem" Premyer Liqada rekord qırdı
- Qurban Qurbanov: “Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur”
0
0