“Dinamo” və Azərbaycan milli komandasının forvardı Mahir Emreli hazırda müalicəsini davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Zaqreb klubunun üzvü “Hatayspor”la bütün şərtlərdə razılaşıbmış.
Hətta Türkiyə klubu tibbi müayinədən keçmək üçün hansı günə təyyarə bileti almağı da Mahirlə müzakirə edib.
Lakin Emrelinin zədələnməsi bu keçidi təxirə salıb.
Onun yayda “Hatayspor”a keçidinin baş tutacağı gözlənilir.
Qeyd edək ki, milli komandamızın üzvü Türkiyə Birinci Liqa təmsilçisi “Kocaelispor”un cəlbedici təklifindən də imtina edib.
Buna səbəb onun aşağı liqada oynamamaq istəyidir.
Əlavə edək ki, Emrelinin Xorvatiya nəhəngi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
- Daha bir taekvondoçumuz Avropa Oyunlarına vəsiqə qazandı - FOTOLENT
- Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək
- Yığma komandamız Monteneqro ilə heç-heçə etdi - YENİLƏNİB
- Millimiz FİFA reytinqində bir pillə irəlilədi