Malili hücumçu "Kəpəz"də oynayacaq
13.07.2024 - 20:31
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb. Malili futbolçu ilə anlaşmanın müddəti "1+1" illikdir.
23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada oynayıb. Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu "Botev" (Vratsa, Bolqarıstan) olub.
Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.
- Aykut Kocamanın ilk tələbi: Asensio komandada qalsın
- I Liqa: Lider turu qələbə ilə başa vurdu - YENİLƏNİB
- Anar Salmanov: "Bu vəhşilikdir, insanlıqdan kənar olan bir şeydir"
- Aslan Kərimov: “Rəqibimiz Almaniya millisinin “minimaketi”dir" - MÜSAHİBƏ
- Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq
0
0