Matça gəlməyən komandaya texniki məğlubiyyət verildi
20.12.2024 - 13:16
![Matça gəlməyən komandaya texniki məğlubiyyət verildi](https://ww3.apasport.az/storage/news/2024/december/20/big/676531f096349676531f09634a1734685168676531f096347676531f096348.jpg)
Azərbaycan 2-ci liqasında mübarizə aparan "Qusar" klubuna texniki məğlubiyyət verilib.
Apasport.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar açıqlanıb.
2-ci liqada 13-cü turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Klub həmçinin 300 manat cərimə edilib.
0
0