"Biz qrup mərhələsində möcüzə yaratdıq".
Apasport.az xəbər verir ki, bunu “Latsio”nun baş məşqçisi Maurisio Sarri deyib.
İtaliyalı mütəxəssis komandasının Çempionlar Liqasındakı çıxışı haqda danışıb. 64 yaşlı mütəxəssis pley-off mərhələsinə yüksəlməyi "möcüzə" adlandırıb: “İndi son oyunda daha bir möcüzə yaratmağa çalışmalıyıq. Bu asan olmayacaq, amma cəhd etməliyik. “Latsio” Çempionlar Liqasında daha yaxşı çıxış edir? A Seriyasında üç qələbə qazansaq da, insanlar hər şeyi itirdiyimiz barədə iddiaları davam edirlər”.
Qeyd edək ki, artıq Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin edən “Latsio” və “Atletiko” dekabrın 13-də birinci yer uğrunda görüşdə qarşılaşacaqlar.
- “Böyük Dəbilqə”də iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib
- Qurban Qurbanov: “Təriflənmək istəmirəm, işimi görməyə çalışıram”
- “Qəbələ”nin braziliyalısı: “Mövsümə yüksək hərarətlə başladıq”
- "Dinamo"nun baş məşqçisi: "Cavab matçına çox ciddi hazırlaşmışıq"
- Füzuli Məmmədova böyük maraq: Elita və 1-ci Liqadan