Mehdi Hüseynzadə adına stadionda mövsümün rekordu qırıldı
05.02.2024 - 11:51
![Mehdi Hüseynzadə adına stadionda mövsümün rekordu qırıldı](https://ww3.apasport.az/storage/news/2024/february/05/big/65c093c39e23965c093c39e23a170711955565c093c39e23765c093c39e238.jpg)
Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.
Apasport.az xəbər verir ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.
10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordudur.
Bunadək rekord X turun “Turan Tovuz” “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 azarkeş izləyib.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
0
0