![Məhəmməd Abdullayev Avropa Oyunlarında yarımfinalda - FOTOLENT](https://ww3.apasport.az/storage/news/2023/june/28/big/649c8af095e25649c8af095e261687980784649c8af095e22649c8af095e24.jpg)
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.
Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməddən öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirib.
Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.