Məmmədov “Beşiktaş Park”da
21.11.2023 - 09:51
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
O, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Brugge” (Belçika) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq. Bu matç noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda baş tutacaq.
- Azərbaycanın basketbol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
- Anxel Di Mariya millidəki karyerasını başa vurub
- Arif Əsədov: "Neftçi" avrokubokları növbəti mövsüm üçün düşünməlidir"
- "Neftçi" "Şamaxı" ilə matça xüsusi forma ilə çıxıb - FOTO
0
0