Mərakeş millisinin sabiq futbolçusu "Qəbələ”də
06.02.2023 - 16:36
![Mərakeş millisinin sabiq futbolçusu "Qəbələ”də](https://ww3.apasport.az/storage/news/2023/february/06/big/63e0f44c92aaa63e0f44c92aab167568698863e0f44c92aa863e0f44c92aa9.jpg)
Klubdan apasport.az saytına verilən məlumatına görə, “qırmızı-qaralar” qış transfer pəncərəsində ilk oyunçu keçidini rəsmiləşdirib.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 1,5 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçunun son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.
Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.
0
0