Mert Çelik daha 1 il “Neftçi”də
03.08.2022 - 11:04
Azərbaycan millisinin müdafiəçisi Mert Çelikin taleyinə aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, gənc futbolçu “Neftçi”nin şərəfini qorumaqda davam edəcək.
Müqavilə ilə Türkiyənin “Başakşehir” klubuna məxsus olan 22 yaşlı oyunçu icarə əsasında daha 1 il “ağ-qaralar”ın heyətində çıxış edəcək. O, 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından etibarən “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.
- “Qarabağ”a virtual perspektiv - “Barselona” gəlsin
- “Mançester Yunayted”dən 20 yaşlı hücumçu ilə 5 illik müqavilə
- Fred Vanvlit və Dillon Bruks “Hyuston”a keçir
- Estoniya – Azərbaycan matçının hakimləri açıqlanıb
- Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"
0
0