Məşhur xorvatiyalı bu yay təqaüdə çıxa bilər
01.02.2024 - 14:53
"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç bu mövsümün sonunda futbolçu karyerasını bitirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Manu Karreno məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Modriç müqaviləsi başa çatdığı üçün “kral” klubunu tərk edəcək. 38 yaşlı yarımmüdafiəçi onu maraqlandıran təklif almazsa, Avro-2024-dən sonra butslarını asa bilər.
Luka 2012-ci ilin yayından "kral" klubunun rənglərini qoruyur. Madrid komandasının tərkibində yarımmüdafiəçi 512 oyun keçirib, 38 qol və 83 məhsuldar ötürmə ilə fərqlənib.
- DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələndi
- Emin Mahmudov: “Psixoloji cəhətdən problem yaşayırdıq”
- Hüseyn Yüceldən şok iddia: "Serdal Adalı sponsorluq üçün anlaşdığımız şirkətin müdirini təhdid edib"
- Rumıniyanın baş məşqçisi: "Azərbaycan çox yaxşı oynadı"
- "Fənərbaxça" baş məşqçi axtarışında: ŞƏRTLƏR UYĞUN OLARSA...
0
0