Messi "Barselona"ya qayıda bilər
04.11.2024 - 12:46
![Messi "Barselona"ya qayıda bilər](https://ww3.apasport.az/storage/news/2024/november/04/big/672887ed9bf4a672887ed9bf4b1730709485672887ed9bf48672887ed9bf49.jpg)
“İnter Mayami”nin hücumçusu Lionel Messi yenidən sabiq klubu “Barselona”ya qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Gol Digital” portalı məlumat yayıb.
37 yaşlı hücumçu 2026-cı ilin yanvarında Kataloniya klubuna keçə bilər. Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna kimidir. O, sözləşməsi bitdikdən sonra “Barselona”ya qayıtmaq və 2026-cı ildə keçiriləcək dünya çempionatına yaxşı hazırlaşmaq istəyir.
Messi 2003-2021-ci illərdə “Barselona”nın formasını geyinib.
Argentinalı futbolçu bu mövsüm “İnter Mayami”də 24 oyunda 22 qol vurub, 13 məhsuldar ötürmə edib.
0
0