Messi yenidən Ərəbistanda
01.05.2023 - 20:49
![Messi yenidən Ərəbistanda](https://ww3.apasport.az/storage/news/2023/may/01/big/644fedc6c4928644fedc6c49291682959814644fedc6c4926644fedc6c4927.jpg)
Lionel Messi Səudiyyə Ərəbistanına gedib.
Apasport.az xəbər verir ki, ulduz futbolçunun səfər zamanı “Əl-Hilal”la danışıqlar aparacağı gözlənilir.
Messi ərəb ölkəsinin turizm səfiridir və bu, onun Səudiyyə Ərəbistanına ikinci səfəridir. Yayda PSJ ilə müqavilə müddəti bitəcək argentinalı hücumçuya astronomik təklif var. “Əl-Hilal”ın Leoya illik 400 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Messinin “Barselona”ya dönmə ehtimalı da var.
0
0